SOCAR "Itochu" Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib
Far.Az xəbər saytı

SOCAR "Itochu" Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "Itochu" Korporasiyası arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Far.Az SOCAR-a istinadən xəbər verir ki, müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və "Itochu"nun baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşdə aparılıb.

Görüşdə SOCAR ilə "Itochu" arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən kəşfiyyat, hasilat və neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarına, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
SOCAR "Itochu" ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər