"Hakim qərarları Hidayətin çempionluğuna mane oldu" – atasından etiraz
Far.Az xəbər saytı

"Hakim qərarları Hidayətin çempionluğuna mane oldu" – atasından etiraz


Azərbaycan cüdoçusu Hidayət Heydərovun Avropa çempionatında qazandığı gümüş medal müzakirələrə səbəb olub.

Far.Az-in "Azerisport"a istinadən verdiyi məlumata görə, idmançının atası İnayət Heydərov final görüşündə hakim qərarlarından narazılığını ifadə edib.

O bildirib ki, oğlu yarış ərzində yaxşı çıxış etsə də, hakimlərin qərarları onun çempion olmasına imkan verməyib: "Görüşlər çox çətin keçdi. Hidayət yaxşı güləşdi. Amma hakimlər imkan vermədi ki, qalib olsun".

İnayət Heydərovun sözlərinə görə, finalda gürcü cüdoçu Laşa Şavdatuaşvili ilə qarşılaşan Hidayət daha əvvəl rəqibini bir neçə dəfə məğlub edib: "Hidayət onu 4 dəfə udub, Laşa isə bir dəfə də qalib gələ bilməyib. Buna baxmayaraq, xəbərdarlıq olmadığı halda qələbə rəqibə verildi".

Qeyd edək ki, final görüşündə məğlub olan Hidayət Heydərov Avropa çempionatını gümüş medalla başa vurub.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər