"Barselona"nı "Çempionlar Liqasından edən futbolçu indi bu kluba keçmək istəyir
"Atletiko Madrid"in hücumçusu Julian Alvares və "İnter"in müdafiəçisi Alessandro Bastoni "Barselona"ya keçməyə üstünlük verirlər.
Far.Az Mundo Deportivo-ya istinadən xəbər verir ki, əgər Alvarez Madriddən ayrılmaq qərarına gələrsə, "Arsenal" və PSJ-dən daha çox Kataloniya klubunun təklifini seçəcək.
Bastoni isə klubun idman direktoru Deko və baş məşqçi Hans-Dieter Flickdən razılıq aldıqdan sonra transfer qiymətinin aşağı salınmasına kömək etməyə hazırdır.
"Barselona" mərkəz hücumçusu və müdafiəçi transfer etməyi planlaşdırır. "Atletiko" ilə müqaviləsi 2030-cu ilə qədər olan Alvares klubdan ayrılmaq ehtimalını istisna etməyib. O bildirib ki, hazırkı klubunda xoşbəxtdir, lakin komandasını dəyişmə variantını da nəzərdən keçirir. "Arsenal" və PSJ daxil olmaqla bir neçə klub Alvareslə maraqlansa da, ən cəlbedici təklif "Barselona"dan gəlib.
Bastoni ilə bağlı transfer isə daha real görünür. Danışıqların yaxın vaxtlarda başlanacağı gözlənilir. Bastoni "Barselona"ya keçmək və ayrılmadan əvvəl İtaliya çempionu olmaq istəyir. Əgər transfer baş tutsa, o, "İnter"lə keçid məsələsini müzakirə edəcək və tələb olunan 70-80 milyon avro məbləğinin azaldılmasına çalışacaq. Bastoni uğurlu mövsümlərdən sonra İtaliyanı tərk etmək üçün indi uyğun vaxtın çatdığını düşünür.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













