Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Far.Az xəbər saytı

Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib


Berlin polisi Bavariyanın iqtisadiyyat naziri və baş nazirinin müavini Hubert Ayvanqerin Almaniya paytaxtındakı hotellərdən birində aşkarlanan meyitinin ona məxsus olduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Berlin polisinin rəsmi məlumatında bildirilib.

"Bu gün axşam saatlarında Bavariyanın baş nazirinin müavini Hubert Ayvanqer Berlinin Mitte rayonunda yerləşən hotel otağında ölü tapılıb", – məlumatda qeyd olunub.

Polis dəqiqləşdirib ki, Berlin Prokurorluğu Torpaq Cinayət Polisi İdarəsinin qətllərin araşdırılması üzrə altıncı şöbəsi ilə birlikdə siyasətçinin ölümünün hallarını araşdırmağa başlayıb.

"Həmin araşdırmanın məqsədi ölümün dəqiq səbəbini və hallarını müəyyənləşdirmək, həmçinin üçüncü şəxslərin mümkün iştirakını istisna etməkdir. İstintaq tədbirləri davam edir", – hüquq-mühafizə orqanları vurğulayıb.

Bundan əvvəl "Bild" qəzeti 55 yaşlı Ayvanqerin Berlinin mərkəzindəki "Neuer Fritz" hotelində ölü tapıldığını yazıb.

Nəşrin məlumatına görə, siyasətçi rəhbərlik etdiyi "Azad Seçicilər" Partiyasının Berlin nümayəndəliyinin açılışında iştirak etməli idi. Lakin özünü yaxşı hiss etmədiyi üçün hoteldə qalmağa qərar verib.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakının mərkəzindəki YANĞIN SÖNDÜRÜLDÜ
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər