AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə 5000 manat cərimələyib
AFFA "Qarabağ" və "Sabah"ı azarkeşlərə görə 5000 manat cərimələyib.
Far.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Misli Premyer Liqasının XXVIII turunun mərkəzi qarşılaşması olan "Qarabağ" – "Sabah" matçından sonra hər iki komandanın azarkeş sektorlarından meydana kənar şəxslərin daxil olması klubların büdcəsinə ziyan vurub. Cari mövsümdə analoji halın ikinci dəfə yaşanması səbəbindən "Qarabağ" və "Sabah" klublarının hər biri 5000 manat məbləğində cərimə olunub.
Həmçinin "Sabah"ın 6 futbolçusu sarı vərəqə aldığı üçün klub əlavə 700 manat cərimə edilib. Komandanın oyunçusu Abdulla Xaybullayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, paytaxt təmsilçisi isə daha 1000 manat cəriməyə məruz qalıb.
"Araz-Naxçıvan" – "Turan Tovuz" matçında meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə ev sahibi komandası 5000 manat cərimə olunub. Həmin görüşdə qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün Tovuz təmsilçisi 700 manat məbləğində cəriməyə məruz qalıb.
"Karvan-Yevlax" – "Şamaxı" oyununda mətbuat konfransı otağının düzgün təşkil edilməməsi, yəni təşkilati-texniki öhdəliklərin pozulması səbəbindən Yevlax klubu 1000 manat cərimə edilib.
"Kəpəz" – "İmişli" görüşündə isə Gəncə klubunun 4 üzvü sarı vərəqə ilə xəbərdarlıq aldığı üçün komanda 700 manat cərimə olunub.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Mübarək" şadlıq sarayında yanğın olub













