Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da qızıl medal qazanıb
Far.Az xəbər saytı

Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da qızıl medal qazanıb


Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada Adlet Tyulbayevə (UWW) 4:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da, təmsilçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

***20:57

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada türkiyəli Murat Fırata 7:5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da Həsrət Cəfərov Azərbaycan yunan-Roma güləşinin ilk 4 qat Avropa çempionu adına sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da qızıl medal qazanıb - YENİLƏNİB-2
Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar - YENİLƏNİB-2
Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər