Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb - Yenilənib
Far.Az xəbər saytı

Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb - Yenilənib


Fransada kütləvi etirazlar zamanı 422 nəfər saxlanılıb.

"Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Razılaşdırılmış etiraz aksiyaları çərçivəsində nümayişlər insidentsiz ötüşüb. Lakin Bordo, Tuluza, Ren, Lil, Nant, Marsel və Lion da daxil olmaqla, bir sıra şəhərlərdə radikal əhval-ruhiyyəli şəxslər yürüşlər başa çatdıqdan sonra vandalizm və talançılıq aktları törətmək məqsədilə mərkəzi məhəllələrə daxil olmağa cəhd ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar atmağa başlayan aqressiv etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edilib.

Qurumun məlumatına görə, şənbə günü axşama qədər əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz əlaməti olaraq ümumilikdə 320 minə yaxın insan aksiyaya qatılıb. Həmkarlar ittifaqları isə sözügedən rəqəmin 500 min olduğunu açıqlayıb.

Paris yaxınlığında yuxarı sinif şagirdlərinin və tələbələrin yanacaq qiymətlərinin artmasına və yaşayışın bahalaşmasına qarşı növbəti etirazları başlayıb.

"Report" bu barədə "Le monde" nəşrinə istinadən xəbər verir.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün ölkə üzrə ümumilikdə 15 mindən çox insanın iştirak etdiyi 65 aksiya keçirilir.

İştirakçılar üzərində "12 milyard avro - yeni təyyarədaşıyana deyil, təhsilə", "Pullar müharibələrə və milyarderlərə deyil, liseylərə", "Yaşasın tələbə etirazı" şüarları yazılmış plakatlar daşıyırlar.

Etiraz hərəkatına həmkarlar ittifaqları ilə yanaşı, tələbə və gənclər təşkilatları, həmçinin "sarı jiletlilər" hərəkatının tərəfdarları da qoşulublar.

Daha əvvəl Fransa hakimiyyətinin planlaşdırılan etiraz aksiyaları zamanı təhlükəsizliyi təmin etmək üçün bütün qüvvələrini səfərbər etdiyi bildirilmişdi. Ölkə üzrə asayişi təmin etmək üçün 70 minə yaxın polis və jandarm səfərbər edilib.

Hazırkı aksiya oktyabrın 17-si və 24-də Fransanın bir sıra şəhərlərində polislə toqquşmalar, dağıntılar və mağazaların qarət edilməsi ilə müşayiət olunan genişmiqyaslı çıxışların davamıdır. Müxtəlif hesablamalara görə, oktyabrın 24-dəki nümayişlərdə 800 minə qədər insan iştirak edib.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər