Con Salonq: Uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi həssas ölkələr üçün vacibdir
Far.Az xəbər saytı

Con Salonq: Uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi həssas ölkələr üçün vacibdir


Uyğunlaşma fəaliyyətinin sürətləndirilməsi iqlim dəyişikliyinə ən həssas olan ölkələr, xüsusən də kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün vacibdir.

"Far.Az" xəbər verir ki, bunu Vanuatunun iqlim dəyişikliyi və uyğunlaşma üzrə naziri Con Salonq Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

Onun sözlərinə görə, dünya birliyi uçurumun astanasındadır və bu, yeni reallıqlara uyğunlaşmanı daha da vacib edir.

"Adekvat maliyyə uyğunlaşması olmadan irəliyə doğru atılan bir addım ölkələrimiz üçün iqlimlə bağlı geri dönüşü olmayan ziyan və itkilərə səbəb olur. Söhbət mövcud olmaq üçün vasitələr, mədəni identiklik və əslində, bizim öz həyatımızdan gedir", - nazir bildirib.

C.Salonq Azərbaycana COP29-da sədrliyi çərçivəsində aktiv fəaliyyətinə görə təşəkkür edib və tərəfləri iqlimin maliyyələşdirilməsini artırmağa çağırıb.

“Mən sizi həll yollarına diqqət yetirməyə, öhdəliklər və real fəaliyyət arasındakı fərqi aradan qaldırmağa çağırıram. Ölkələrimizdə uyğunlaşmanın maliyyələşdirilməsində daha effektiv irəliləyiş əldə etməyə imkan verəcək islahatların həyata keçirilməsinin vaxtı gəlib çatıb”, - o əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər