Madyar: Macarıstan və Avropa Komissiyası Budapeşt üçün vəsaitlərin blokdan çıxarılmasını müzakirə edir
Macarıstan və Avropa Komissiyası Avropa İttifaqının (Aİ) Budapeşt üçün nəzərdə tutulmuş vəsaitlərinin blokdan çıxarılması ilə bağlı danışıqlar aparır.
"Report" xəbər verir ki, bu barədə Macarıstanda seçkilərdə qalib gəlmiş "Tisa" partiyasının lideri Peter Madyar "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, Brüsseldəki danışıqlarda Macarıstan nümayəndə heyətinə Anita Orban rəhbərlik edir. Orban xarici işlər naziri vəzifəsi ilə yanaşı, "Tisa" partiyasının hökumətində baş nazirin müavini postunu da tutacaq. Baş nazirin olmadığı zamanlarda Orban onu Nazirlər Kabinetinin iclaslarında və digər rəsmi tədbirlərdə təmsil edəcək.
"Bu gün Anita Orban Brüsseldədir və orada Avropa Komissiyasının rəhbərliyi ilə - maliyyə naziri Andraş Karman, iqtisadiyyat və energetika naziri İştvan Kapitanya və hüquqşünas Marton Melletey-Barna ilə birgə - Macarıstana çatmalı olan Aİ vəsaitlərinin blokdan çıxarılması məsələsini müzakirə edir", - o bildirib.
Xatırladaq ki, Avropa Komissiyası Macarıstan üçün nəzərdə tutulmuş 27 milyard avronun 17 milyardını bloklayıb. Bundan əlavə, Budapeşt öz müdafiə sənayesini modernləşdirmək üçün Aİ-nin SAFE birgə müdafiə borclanma alətindən 17 milyard avro əldə etməyə çalışır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Macarıstanda parlament seçkiləri başa çatıb, səslərin sayılmasına başlanılıb - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
-
Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib
-
PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub
-
Gəncədə qonşular arasında dava - Bıçaqlanan var













