"Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi
Far.Az xəbər saytı

"Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi


"Rövşənoğlu Agro" - "YARA" şirtkəti ilə birgə yerli fermerlər üçün ixtisaslaşmış seminar təşkil etdi.

21 Aprel tarixində,"Rövşənoğlu Holding" tərkibində fəaliyyət göstərən "Rövşənoğlu Agro"-nun və kənd təsərrüfatı sahəsində innovativ həllər təqdim edən şirkət olaraq, dünyanın aparıcı gübrə istehsalçılarından biri olan "YARA" ilə əməkdaşlıq çərçivəsində növbəti ixtisaslaşmış seminarını uğurla həyata keçirdi.

Seminarda yerli fermerlər və aqrar sahə nümayəndələri iştirak edərək, "YARA"-nın Şərqi Avropa və MDB ölkələri üzrə beynəlxalq mütəxəssisləri tərəfindən təqdim olunan müasir aqronom yanaşmalar, yeni nəsil gübrə məhsulları və biostimulyator həlləri ilə yaxından tanış oldular. Təqdimatlar çərçivəsində məhsuldarlığın artırılması, torpaqdan daha səmərəli istifadə və düzgün qidalanma strategiyaları barədə ətraflı məlumatlar paylaşıldı.

Tədbirin əsas məqsədi fermerləri dünya standartlarına uyğun məhsullarla tanış etmək, onların praktiki biliklərini artırmaq və müasir kənd təsərrüfatı yanaşmalarını daha geniş tətbiq etməyə dəstək olmaq idi.

"Rövşənoğlu Agro" olaraq biz, beynəlxalq təcrübəni yerli təsərrüfatla birləşdirərək fermerlərə yalnız məhsul deyil, dəyər və nəticə təqdim etməyi qarşıya məqsəd qoymuşuq.

Düzgün məhsul seçimi və peşəkar yanaşma kənd təsərrüfatında uğurun əsasını təşkil edir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
FHN şagird və müəllimlərlə təlim keçirdi
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər