Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.
BAKU.WS xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın, xüsusilə Şəki bölgəsinin qədim keramika irsinin qorunması, bu sənət ənənələrinin gələcək nəsillərə ötürülməsi və ölkəmizin mədəni irsinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.
Qeyd olunub ki, mərkəzdə yerli sənətkarlar üçün əlverişli istehsal şəraiti yaradılıb, onların məhsullarının bazara çıxışı və yaradıcılıq fəaliyyətinin inkişafı dəstəklənir.
Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva "ABAD"çı rəssam keramistlərin fəaliyyəti ilə yaxından tanış olub, keramika məhsullarının hazırlanması prosesində sənətkarlarla birlikdə iştirak ediblər. Sənətkarlar tərəfindən müxtəlif keramika nümunələrinin hazırlanmasında Leyla Əliyevanın rəsm əsərlərindən ilham alındığı diqqətə çatdırılıb. Leyla Əliyeva əsərlərinə göstərilən diqqətə görə keramistlərə təşəkkür edib, milli sənət ənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Sonda Mərkəzin kollektivi və sənətkarlarla xatirə şəkilləri çəkdirilib.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
-
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB













