Bakıda yağışla bağlı elektrik şəbəkələrinə dəymiş ziyan aradan qaldırılacaq
Bakıda Binəqədi elektrik şəbəkəsi, 110/35/10 kV-luq "Dərnəgül" YS-dan çıxan 10 kV-luq 2585-565, 746-809, 31-38 saylı kabel xətlərinin zədələnərək istismara yararsız vəziyyətə düşən hissələrinin yenilənməsi nəzərdə tutulur.
"Far.Az"un xəbərinə görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.
Bundan başqa, Biləcəri elektrik şəbəkəsi, 35/6 kV-luq 89 saylı yarımstansiyada zədələnmiş avadanlıqların yenilənməsi, Xətai elektrik şəbəkəsi, Yarımstansiya Əhmədli – 200 saylı yarımstansiya arası 35 kV-luq EVX-nin hava xətti özüllərinin tam qəzalı vəziyyətə düşmüş hissəsinin kabel xətti ilə əvəz olunması (2 dövrəli 4 km uzunluğunda alternativ trassa ilə kabel xətti ilə əvəz edilməlidir), Suraxanı elektrik şəbəkəsi, 35/6 kV-luq 360 saylı yarımstansiyada zədələnmiş avadanlıqların yenilənməsi, Sabunçu rayonu Sabunçu elektrik şəbəkəsi, 35/6 kV-luq 22 saylı yarımstansiyada zədələnmiş avadanlıqların yenilənməsi, Xəzər rayonu Xəzər elektrik şəbəkəsi, KTM 378, KTM 382, KTM 171, KTM 564, KTM 1206, KTM 176 bərpası nəzərdə tutulur.
Bu məqsədlə "Azərişıq" ASC-yə 15 milyon 8 min 260 manat vəsait ayrılıb.
Oxşar xəbərlər
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
-
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər













