Mingəçevirdə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirilib
Far.Az xəbər saytı

Mingəçevirdə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirilib


Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Mingəçevirdə baş tutan tədbirdə bir sıra rəsmi şəxslər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Mingəçevir şəhər icra başçısı İlham İsmayılov yarışın əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb:

"Hər birinizi salamlayıram. Bu gün möhtəşəm idman yarışının açılışına toplaşmışıq. Yarışa qatılan bütün idmançılara təşəkkür edir, onlara uğurlar arzulayıram. Bu gün böyük idman tədbirinə şahidlik edirik. Ötən gün Sərsəng su anbarında yarışlar start götürdü və mətbuat vasitəsilə möhtəşəm çıxışlara şahidlik etdik. Əminəm ki, yarış həyəcanı sabah da eyni qaydada davam edəcək".

Ardınca Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov turnirin vacibliyini və idmanın cəmiyyət üçün önəmini qeyd edib:

"Yarışın vacibliyi böyükdür, idman sağlamlıqdır. İnanırıq ki, maraqlı mübarizələrə şahidlik edəcəyik. İnanırıq ki, bu gün Azərbaycanda yetişən idmançılar gələcəkdə ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Qoy güclülər qalib gəlsin".

Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev isə çıxışında bu cür turnirlərin yeni istedadların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ardınca tədbir bədii proqramla davam edib.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Xatırladaq ki, turnirə ötən gün Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər