Rusiyada Ermənistanın təxminən 1,1 milyon ədəd "Cermuk" suyunun satışı qadağan edilib
Far.Az xəbər saytı

Rusiyada Ermənistanın təxminən 1,1 milyon ədəd "Cermuk" suyunun satışı qadağan edilib


Rusiyada "Rospotrebnadzor"un sorğusu əsasında Ermənistanın təxminən 1,1 milyon şüşədən ibarət "Cermuk" mineral suyunun satışı məhdudlaşdırılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiyanın RBK agentliyinə "Rospotrebnadzor"un (Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, satışa qadağa 2025-ci il oktyabrın 23-dən 2026-cı il martın 27-dək buraxılmış yeni əmtəə partiyalarının yoxlanışının nəticələrinə əsasən tətbiq edilib.

Qurumdan bildirilib ki, nümunələrin laborator tədqiqatları onların məcburi normativ tələblərə uyğun gəlmədiyini göstərib. Tədbirlər istehlakçıların həyat və sağlamlığına potensial təhlükənin qarşısını almaq məqsədilə görülüb.

Daha əvvəl, aprelin 27-də 338 min şüşənin satışı dayandırılmışdı. RBK qeyd edib ki, beləliklə, müvəqqəti məhdudiyyət tətbiq edilən məhsulların ümumi sayı 1,4 milyon ədədə çatıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər