Xulian Alvares UEFA Çempionlar Liqasında 25 qola Messidən tez çatıb
Far.Az xəbər saytı

Xulian Alvares UEFA Çempionlar Liqasında 25 qola Messidən tez çatıb


İspaniyanın "Atletiko" klubunun futbolçusu Xulian Alvares UEFA Çempionlar Liqasında Lionel Messinin nailiyyətini geridə qoyub.

"Report" "Opta"ya istinadən xəbər verir ki, hücumçu buna doğma meydanda İngiltərə təmsilçisi "Arsenal"la heç-heçə (1:1) etdikləri yarımfinal mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.

Bu, argentinalı forvardın qitənin bir nömrəli klub turnirində 25-ci qoludur. O, bu rəqəmə bütün cənubi amarikalılardan daha tez çatıb. Alvares bu turnirdəki 41-ci görüşdə 25 qol vurubsa, Messi 42-ci oyunda bunu bacarıb.

Bundan əlavə, o, UEFA Çempionlar Liqasında bir mövsümdə 10 qol vuran ilk "Atletiko"lu oyunçu ünvanına da sahib çıxıb.

Xatırladaq ki, "Arsenal" və "Atletiko" komandaları arasında cavab görüşü mayın 5-də reallaşacaq.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər