Bugün
Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycanda daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib Azərbaycanda daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib
SOCAR-da Qazaxıstanın “Münaişi qız” qadın klubunun üzvləri ilə görüş keçirilib SOCAR-da Qazaxıstanın “Münaişi qız” qadın klubunun üzvləri ilə görüş keçirilib
Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı! Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı!
Ukraynanı tərk edib geri qayıtmayan hərbi mükəlləfiyyətlilərin imtiyazları məhdudlaşdırıla bilər Ukraynanı tərk edib geri qayıtmayan hərbi mükəlləfiyyətlilərin imtiyazları məhdudlaşdırıla bilər
Tbilisidə etiraz aksiyaları zamanı 60-dan çox insan saxlanılıb Tbilisidə etiraz aksiyaları zamanı 60-dan çox insan saxlanılıb
Türkiyəli nazir: Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığa önəm veririk Türkiyəli nazir: Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığa önəm veririk
Türkiyənin 12 əyalətində İŞİD-lə əlaqədar 41 şübhəli saxlanılıb Türkiyənin 12 əyalətində İŞİD-lə əlaqədar 41 şübhəli saxlanılıb
Rusiyada dronlar neftayırma zavoduna hücum edib Rusiyada dronlar neftayırma zavoduna hücum edib
MİT-in rəisi Somali Prezidenti ilə terrorçuluqla mübarizəni müzakirə edib MİT-in rəisi Somali Prezidenti ilə terrorçuluqla mübarizəni müzakirə edib

16-05-2023, 11:57 285

Anar Nəzirov: "Zirə" çox haqsızlıqlarla üz-üzə qalıb" - MÜSAHİBƏ Anar Nəzirov: "Zirə" çox haqsızlıqlarla üz-üzə qalıb" - MÜSAHİBƏ Azərbaycan millisinin sabiq qapıçısı Anar Nəzirov peşəkar karyerasına 2005-ci ildə Kəpəzdə başlayıb. Hazırda Zirədə çıxış edən 38 yaşlı

Azərbaycan millisinin sabiq qapıçısı Anar Nəzirov peşəkar karyerasına 2005-ci ildə "Kəpəz"də başlayıb.

Hazırda "Zirə"də çıxış edən 38 yaşlı qolkiper paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionatında 100-cü matçını keçirib. Onun yubileyi Premyer Liqanın 34-cü turunda "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri oyun təsadüf edib.

"Zirə"nin tarixinə Premyer Liqada 100 və daha çox görüşdə iştirak edən üçüncü futbolçu kimi düşən Nəzirov "Far.Az"un suallarını cavablandırıb.

- XXIV turda "Kəpəz"lə bərabərə qaldınız. "Qəbələ"nin məğlub olduğu turda xal itirmək sizə necə təsir etdi?
- Biz matçımızı "Qəbələ"dən əvvəl keçirmişdik. Onların hansı nəticəni əldə edəcəyini bilmirdik. Belə məqamlara önəm vermirik. Əsas öz oyunumuzu fikirləşirik. İstəyimiz üç xal qazanmaq idi. Buna nail ola bilmədiyimiz üçün çox məyus olduq.

- "Zirə"nin heyətində Premyer Liqada 100-cü oyununuzu keçirdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Bundan xəbərim yox idi. Xoş sürpriz oldu. Komanda çempionatda debüt edəndə də qapıda mən dayanmışdım. 2019-cu ildə "Qəbələ"yə keçməsəydim, bu klubda daha çox oyuna çıxardım.

- Komandada ən çox oyun keçirən futbolçu kimi tarixə düşmək istəyirsinizmi?
- Əlbəttə. Belə bir şeyin olmasını arzulayıram. Amma tək mənim istəyimlə heç nə həll olmur.

- "Qəbələ"dən iki xal geridə olsanız da, hələ də avrokuboklara vəsiqə qazana bilərsiniz. Son iki turda şansları necə görürsünüz?
- Artıq taleyimiz öz əlimizdə deyil. Rəqibin şansları daha çoxdur. Onlar qarşıdakı matçlardan hansındasa məğlub olmalıdırlar. Biz mövsüm ərzində əlimizdə olan şanslardan yaxşı istifadə edə bilmədik, müəyyən uğursuzluqlar yaşadıq. "Turan Tovuz" və "Kəpəz"lə evdəki görüşlərdə bəxtimiz gətirmədi. Sonuncu turun ardından daha çox məyus olduq, "Qəbələ" ilə xalları bərabərləşdirə bilərdik.

- Artıq çempionatda 34 tur geridə qalıb. Hansısa qarşılaşmada haqsızlığa məruz qaldığınızı düşünürsünüzmü?
- Bunlardan çox da danışmaq istəmirəm. Hər kəsin səhvi olur, hakimlər də insandır. Bilirsiniz ki, "Zirə" belə şeylərlə çox üz-üzə qalır.

- Sizcə, bunun səbəbi nədir? Hamısı planlı şəkildə olub?
- Səbəbini mən də bilmirəm. Sadəcə yenə onu demək istəyirəm ki, "Zirə" belə hadisələrlə çox üzləşib.

- Baş məşqçi Rəşad Sadıqov bəzi matçlarda sizə, digərlərində isə Mehti Cənnətova şans verir. Stabilliyin olmamasının əsas səbəbini nədə görürsünüz?
- Bu, baş məşqçinin seçimidir. Kimə inanırsa, ona da şans verir. Yəqin ki, həftəlik məşqlərə əsas qərarlar qəbul edir.

- Artıq 38 yaşınız olacaq. Karyeranızı nə vaxt yekunlaşdırmağı planlaşdırırsınız?
- Hər şey bizim istəyimizlə olmur. Kiçik zədə və başqa hadisələr karyeramızın bitməsi ilə nəticələnə bilər. Bu yaşdan sonra davam etməyi planlaşdırırıqsa, çox diqqətli olmalıyıq. Özümüzə baxmalı, məşqlərdə dözümlü olmalı, cəldliyi və çəkini saxlamalıyıq. Motivasiya və psixoloji baxımdan da hazırlıqlı olmaq vacibdir. Hazırda davam etmək üçün gücüm var, sabah necə olacağını bilmirəm. Bir sözlə, karyeramı davam etdirmək istəyirəm.

- "Zirə" sizə yeni müqavilə təklif edibmi?
- Hələlik bu yöndə danışığımız olmayıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3

Region

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var - YENİLƏNİB-3
Gürcüstan DİN Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib - YENİLƏNİB-2

Region

Gürcüstan DİN Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib - YENİLƏNİB-2

Gürcüstan DİN Tbilisidə asayişin bərpası üçün xüsusi vasitələrdən istifadə edib - YENİLƏNİB-2
Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb - YENİLƏNİB

Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub 

Energetika

Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub 

Yardımlı və Masallının mərkəzində qazın verilişi bərpa olunub 
Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Energetika

Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Azərbaycanın bir rayonunun və Bakının qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Nazir müavini: "Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb"

Biznes

Nazir müavini: "Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb"

Nazir müavini: "Naxçıvanda bu il ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 36 % artıb"
Ermənistan Prezidenti: Sərhədlərin delimitasiyası ilə bağlı addımlar sülhün bərqərar olmasına yönəlib

Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq

Region

Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq

Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq