Biləsuvarın Ağayrı kəndində daxili yollar təmir olunacaq
Far.Az xəbər saytı

Biləsuvarın Ağayrı kəndində daxili yollar təmir olunacaq


Biləsuvar rayonu Ağayrı kəndinin daxili yolları uzun müddət təmir olunmadığı üçün yararsız vəziyyətə düşüb.

Bu barədə "Far.Az"un Muğan bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, payız-qış aylarında yağıntılar nəticəsində palçıqdan keçilməz olan yolları yay mövsümündə toz-duman bürüyür. Bu səbəbdən, yoldan istifadə həm piyadaların, həm də avtomobillərin hərəkətinə ciddi çətinliklər yaradır. Bundan ən çox əziyyət çəkənlər isə hər gün məktəbə gedib-gəlməli olan şagirdlərdir. Yolun əlverişsizliyi nəqliyyat vasitələrinin tez-tez xarab olmasını, bununla da sürücülərin əlavə xərcə düşmələrini qaçılmaz edir.

Məsələ ilə bağlı Ağayrı kənd Bələdiyyəsindən "Far.Az"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, problemin həlli istiqamətində işlər planlaşdırılıb. Qeyd olunub ki, kənddaxili yolların ümumi uzunluğu təqribən 15 kilometrdir və təmirə ehtiyacı olan hissələr yaxın vaxtlarda qreyderlənəcək. Daha sonra həmin yollara qum-çınqıl örtüyünün döşənməsi nəzərdə tutulur.

Qeyd edək ki, Biləsuvarın rayon mərkəzindən 10 km məsafədə yerləşən Ağayrı kəndinin əhalisi 4 min nəfərdən çoxdur.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər