TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
Far.Az xəbər saytı

TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib


Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Azərbaycan Milli Məclisinin bu gün qəbul etdiyi Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın rəsmi şəkildə dayandırılması, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulması və Avronest Parlament Assambleyasına üzvlükdən çıxmaq üçün prosedurların başlanılması haqqında qərarı dəstəkləyib.

"Far.Az" xəbər verir ki, bu mövqe TÜRKPA Baş katibinin Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair bəyanatında ifadə olunub.

Bəyanatda bildirilib ki, bu qərar Avropa Parlamentinin son illər ərzində Azərbaycana qarşı nümayiş etdirdiyi davamlı, tamamilə qərəzli və əsassız yanaşmasının nəticəsi olaraq qəbul edilib:

"Son altı il ərzində Avropa Parlamenti Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyib və ölkəni əsassız şəkildə hədəf alan, o cümlədən 2026-cı il 30 aprel tarixli son qətnamə də daxil olmaqla, 10-dan çox siyasi motivli sənəd qəbul edib. Bu cür mövqe suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə etinasızlıq nümayiş etdirməklə yanaşı, Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesinə ziddir".

Vurğulanıb ki, Parlament assambleyaları üzv olmayan dövlətlərin parlamentləri də daxil olmaqla, konstruktiv dialoq və xoşməramlı əməkdaşlıq platforması rolunu oynamalıdır:

"Təəssüf ki, Avropa Parlamenti səmimi qarşılıqlı fəaliyyət ruhu nümayiş etdirə bilməyib, əksinə, Azərbaycanı hədəf almağa üstünlük verir. Bununla əlaqədar olaraq, bu cür davranış effektinin parlamentlərarası münasibətlərə töhfə vermədiyini vurğulayır və Avropa Parlamentini bu növ təcrübələrdən çəkinməyə çağırırıq".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər