Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı
Far.Az xəbər saytı

Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı


Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun üç kəndində pay torpaq sahələrinin su altında qalmasına səbəb olub.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İmişli rayonunun Məmmədli kənd bələdiyyəsinin sədri Rəfael Əyyubov bildirib.

Onun sözlərinə görə, Məmmədli bələdiyyəsinə daxil olan Əlyetməzli kəndində 82 nəfərə məxsus 40 hektar, Telişli kəndində 60 nəfərə məxsus 20 hektar, Məmmədli kəndində isə 40 nəfərə məxsus 10 hektar pay torpağı su altında qalıb.

Qeyd edək ki, daha əvvəl də Kür çayında su səviyyəsinin artması nəticəsində İmişli rayonunda 400 hektardan çox əkin sahəsi su altında qalmışdı. Belə ki, rayonun Ağamalılar kəndində 40, Telişli kəndində 35, Əlyetməzli kəndində 225, Məmmədli kəndində isə 16.62 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.

Oxşar xəbərlər

Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Kürdə suyun səviyyəsi artıb, İmişlinin üç kəndində pay torpaqları su altında qalıb
Kürdə suyun artması İmişlinin daha 2 kəndində fəsadlar törədib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər