ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min əsgər cəlb edəcək
Far.Az xəbər saytı

ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min əsgər cəlb edəcək


ABŞ-nin Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatında təxminən 15.000 əsgər, idarə olunan raket esminesi və 100-dən çox təyyarə iştirak edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, əməliyyata hərbi dəstək idarə olunan raket esminetsləri, 100-dən çox təyyarə, müxtəlif pilotsuz platformalar və təxminən 15.000 hərbi qulluqçudan ibarət olacaq.

Əməliyyat hərbi münaqişə səbəbindən Hörmüz boğazı sularında qalan gəmilərlə bağlı vəziyyətlə əlaqədar olaraq həyata keçirilir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp əməliyyatın Yaxın Şərq vaxtı ilə 4 may səhəri başlayacağını açıqlamışdı. O, missiyanın əsas məqsədinin gəmiləri boğazdan təhlükəsiz şəkildə çıxarmaq olduğunu bildirmişdi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər