Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
Far.Az xəbər saytı

Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib


Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığma komandada çıxış edən şahmatçıların valideynləriylə görüş keçirib.

AŞF-dən "Far.Az"a verilən məlumata görə, toplantıda qurumun prezidenti Mahir Məmmədov federasiya tərəfindən şahmatçılara təqdim olunan dəstək proqramı barədə məlumat verib.

AŞF rəhbəri istedadlı uşaqların erkən yaşlardan aşkarlanması və inkişafdan geri qalmamasının diqqətdə saxlanıldığını qeyd edib.

Yeniyetmə və gənc şahmatçılardan ibarət yığma komandanın baş məşqçisi Nicat Məmmədov dəstək layihəsinə seçim, hazırlıq proqramından danışıb. İclasda iştirak edən məşqçi Fərid Abbasov və Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova şahmatçıların hazırlığında valideynlərin xüsusi rolunun olduğunu vurğulayıb.

Tədbirdə uşaqların düzgün qidalanması və hazırlıq vaxtının səmərəli istifadəsinin vacibliyi barədə danışılıb.

Görüşün sonunda AŞF rəhbərliyi və məşqçilər valideynlər tərəfindən səsləndirilən sualları cavablandırıb.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izləyiblər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər