Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Far.Az xəbər saytı

Allahşükür Paşazadə Özbəkistana səfər edəcək


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan Respublikasına səfər edəcək və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən “İslam - sülh və xeyirxahlıq dinidir” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransda iştirak edəcəkdir.

İdarədən “Report”a verilən məlumata görə, 15 oktyabrda Daşkənddə baş tutacaq tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında etdiyi çıxışı zamanı bəyan edib.

QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransın açılış mərasimində çıxış edəcək. Plenar və 3 bölmə iclası ilə işini davam etdirəcək beynəlxalq forum İslam sivilizasiyasına tarixən töhfələr vermiş Özbəkistanın müasir dövrdə bu şərəfli, ənənəvi missiyasını davam etdirmək əzminin daha bir təzahürüdür.

Şeyxülislam Allahşükür Paşazadənin qardaş ölkəyə səfər çərçivəsində yüksək səviyyəli görüşlərdə iştirak edəcəyi nəzərdə tutulur.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Allahşükür Paşazadənin 75 yaşı tamam olur
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər