Allahşükür Paşazadənin 75 yaşı tamam olur
Far.Az xəbər saytı

Allahşükür Paşazadənin 75 yaşı tamam olur


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür.

"Report" xəbər verir ki, Allahşükür Hümmət oğlu Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub.

O, orta məktəbdə oxumaqla yanaşı, yerli ruhanilərdən dini təhsil alıb. 1968-1970-ci illərdə Özbəkistanın Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində oxuyub. 1975-ci ildə isə Daşkənd İslam İnstitutunu bitirəndən sonra tam ali dini təhsilə yiyələnib.

Allahşükür Paşazadə 1975-ci ildən QMİ-də məsul katib vəzifəsində çalışıb, 1978-ci ildə isə Təzəpir məscidinin axundu və QMİ-nin sədr müavini seçilib. O, 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilərək, Şeyxülislam rütbəsi alıb.

1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı seçilən şeyxülislam 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci ilə qədər isə SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü olub.

Allahşükür Paşazadə 2003-cü ildə Qafqaz müsəlmanlarının XI Qurultayında ömürlük sədr-şeyxülislam seçilib.

QMİ sədri müxtəlif illərdə SSRİ-nin "Xalqlar dostluğu", Misirin "Əl elm və əməl", Çeçenistanın "Millət qəhrəmanı", "Kadırov", Gürcüstanın "Şərəf", "Qızıl qoç dərisi", Rusiyanın "Dostluq", "Şərəf", İordaniyanın I dərəcəli "Kral Hüseyn", Belarusun "Fransisk Skorina", Rus Pravoslav Kilsəsinin I dərəcəli "Böyük Knyaz Vladimir", I dərəcəli "Müqəddəs Sergi Radonejski", "Şöhrət və Şərəf", Belarus Pravoslav Kilsəsinin I dərəcəli "Svyatitel Kiril Turovski" ordenləri və çoxsaylı medallarla təltif olunub.

Allahşükür Paşazadə Azərbaycanın Şöhrət (1994), İstiqlal (1999), Şərəf (2009), Heydər Əliyev (2019) ordenləri ilə mükafatlandırılıb.

Oxşar xəbərlər

Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanda tanınmış tarixçi vəfat etdi - FOTO
Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib 
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər