Cabir İmanovun ölümündən danışan Tahir İmanov: "Ölümünü hiss edirdi"
Far.Az xəbər saytı

Cabir İmanovun ölümündən danışan Tahir İmanov: "Ölümünü hiss edirdi"


Əməkdar artist Tahir İmanov "Söhbət var" verilişinə qonaq olub.

BAKU.WS xəbər verir ki, o ilk dəfə vəfat edən qardaşı Cabir İmanovdan danışıb.

Tahir İmanov qeyd edib ki, o ölümünü əvvəldən hiss edirdi:

"Ölümünə bir həftə qalmış Şuşaya getdik. Biz 3 ildir ki, bəstəkar Süleyman Ələsgərovla bağlı film çəkirik. Zəng vurdu ki, Şuşa çəkilişini nə vaxta salırsan? Cavab verdim, oktyabrda. Qayıtdı ki, əvvələ sal, qorxuram sonra çatdırmaram. Ömrünün sonunu hiss edirdi.

İkinci fakt bizim övladlarımız filmdə çəkilib. Cabirin oğlu Süleyman Ələsgərovun uşaqlığını, qızım həyat yoldaşını, digər qızım bacısını canlandırıb. Bakıdan gec gəlməli idi, dedi ki, Cahangir səninlə getsin. Heç vaxt belə şey olmayıb. Çəkilişi bitirdik, dedim bitdi. Mənə dedi ki, qoy hamı getsin, ikimiz qalaq, Şuşanı gəzək, uşaqlıq yerlərində olaq. Harada qaçmışıq, uşaqlarla oynamışıq gəzək".

Ətraflı videoda:

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər