İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
Far.Az xəbər saytı

İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

Far.Az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb.

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək iki ölkə arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzərindəki məhdudiyyəti aradan qaldırdığını bildirib.

Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirakı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində tarixi hadisə kimi qiymətləndirilib.

Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycanla Ermənistan arasında parlament üzrə dialoqun, eyni zamanda, Azərbaycan və Ermənistan parlament sədrlərinin sülh prosesinin müzakirəsi üçün mütamadi görüşlərinin keçirilməsinə şəraitin yaradılmasında rolunu müsbət qiymətləndirib.

Söhbət zamanı Azərbaycanla Parlamentlərarası İttifaq arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

Baş katib Azərbaycanın Parlamentlərarası İttifaqın işində fəal iştirak etdiyini deyərək ölkənin parlamentlərarası dialoqa verdiyi töhfəyə toxunub.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin Azərbaycanın mina problemindən əziyyət çəkməsi, minaların mülki insanlara və quruculuq prosesinə törətdiyi maneələr vurğulanıb, əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin perspektivləri və parlamentlərarası dialoqun inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər