Gürcüstan XİN-dən Türkiyə səfirinə "Beşiktaş" - "Hapoel" matçındakı insidentlə bağlı təəssüfləndikləri bildirilib
Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Türkiyənin bu ölkədəki səfiri Mustafa Türkər Əli ilə görüşərək Batumidə "Beşiktaş" (Türkiyə) və "Hapoel" (İsrail) klubları arasında futbol matçı zamanı baş vermiş insidentdən təəssüf hissi keçirdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb.
Darsaliya vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. O qeyd edib ki, Gürcüstan tərəfi matçla bağlı risklərə baxmayaraq, azarkeşlərə oyunda iştirak etmək imkanı yaradıb.
"Bu qərar dostluq və əməkdaşlıq ruhunda qəbul edilib və müvafiq qiymətə layiqdir", - XİN-in bəyanatında bildirilib.
Qurumdan həmçinin qeyd olunub ki, ayrı-ayrı azarkeş qrupları təxribatçı və aqressiv hərəkətlərə yol veriblər, bunun nəticəsində stadionun infrastrukturu zədələnib və təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı yaralanıb.
Gürcüstan tərəfi əmin edib ki, hüquq-mühafizə orqanları ictimai asayişin və azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən onların vətənə təhlükəsiz qayıtması üçün bütün zəruri tədbirləri görür.
Həmçinin Türkiyə tərəfinin yaşananlara lazımi qiymət verəcəyi və gələcəkdə bu cür insidentlərin qarşısının alınmasına köməklik göstərəcəyinə ümid etdikləri bildirilib.
Görüşün sonunda tərəflər strateji tərəfdaşlığa və mehriban qonşuluq əməkdaşlığının daha da irəlilədilməsinə sadiq olduqlarını təsdiq ediblər.
Xatırladaq ki, Batumi şəhərində oynanılan "Beşiktaş" - "Hapoel" matçının birinci hissəsinin ortalarında İstanbul təmsilçisinin fanatlarının olduğu sektorda iğtişaşlar yaşanıb və polis güc tətbiq edib. Görüş təxminən yarım saat dayandırıldıqdan sonra davam etdirilib. Baş verən gərginliklə bağlı 16 nəfər saxlanılıb, sonra isə sərbəst buraxılıblar.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İdmançılarımız Batumidə rinqə çıxacaqlar
"Kəpəz" – "Qarabağ" matçında azarkeş izdihamı - FOTOSESSİYA
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













