Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş"
Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Far.Az xəbər verir ki, o, həyatın dəyəri və insanın sahib olduqlarını zamanında qiymətləndirməsi ilə bağlı fikirlərini bölüşüb.
"Həyatın içində o qədər sürətlə gedirik ki, sahib olduqlarımızın fərqinə varmırıq. Şikayət etdiyimiz günlər, sıxıldığımız anlar, "kaş başqa cür olardı" dediyimiz vəziyyətlər, zaman keçir, baxırsan ki, elə o günlər üçün darıxırsan.
İnsan qəribədir. İçində olduğu anı bəzən dəyərləndirə bilmir. Amma itirdikcə, dəyişdikcə, anlayır ki, hər şey öz vaxtında bir nemət imiş.
Həyat bizə nə gətirəcək, nəyi alacaq, bunu bilmirik. Planlar qururuq, arzular edirik, amma həyatın öz yazısı var. Ona görə də bəzən dayanıb sadəcə baxmaq lazımdır ki, nəfəs ala bilirikmi? Ayaqdayıqmı? Sevdiklərimiz yanımızdadırmı? Əslində, ən böyük "yaxşıyam" məhz budur.
Qalan hər şey dəyişə bilər, düzələ bilər, itə də bilər, yenidən gələ də bilər. Amma sağlamlıq, güc, həyatın içində qalmaq imkanı varsa, deməli, hələ çox şey mümkündür",-deyə Fatimə Fətəliyeva qeyd edib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
Azad edilmiş ərazilərə investisiya yatırılması ilə bağlı çağırış edilib
-
Türkiyənin Tokat vilayətində sel təhlükəsinə görə vətəndaşlar təxliyə ediləcək
-
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur













