Sahibə Qafarova: Azərbaycan Şərq-Qərb nəqliyyat bağlantısının inkişafında fəal rol oynayır
Azərbaycan Şərqlə Qərb arasında nəqliyyat bağlantılarının inkişafında, xüsusilə Orta Dəhliz çərçivəsində fəal rol oynayır.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin 1-ci Sammitində çıxışı zamanı deyib.
S.Qafarova bildirib ki, bu səylər əməkdaşlığın gücləndirilməsinə və ortaq iqtisadi dayanıqlılığın təşviqinə töhfə verir.
Onun sözlərinə görə, son 20 il ərzində Aralıq Dənizi Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, strateji əhəmiyyətə malik regionda dialoqun, qarşılıqlı anlaşmanın, sülh və sabitlik naminə ortaq məsuliyyətin təşviqi baxımından mühüm platforma kimi özünü təsdiq edib:
Azərbaycanın coğrafi baxımdan Aralıq dənizi regionunun bir hissəsi olmasa da, Aralıq dənizi hövzəsi və Körfəz ölkələri ilə uzunmüddətli əlaqələrə və konstruktiv münasibətlərə malik olduğunu bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan enerji marşrutlarının və təchizatının şaxələndirilməsi vasitəsilə regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir.
O əlavə edib ki, parlament diplomatiyası fikir ayrılıqlarının olduğu hallarda belə konstruktiv əməkdaşlıq üçün platforma təqdim etməlidir. Azərbaycan Milli Məclisi bu yanaşmanı dəstəkləyir və çoxtərəfli parlament platformaları çərçivəsində əməkdaşlığa xüsusi önəm verir.
Bu kontekstdə Assambleyanın həm Azərbaycanın, həm də Ermənistanın parlamentlərinə müşahidəçi statusu verməsi qərarını müsbət qiymətləndirən spiker Sahibə Qafarova deyib ki, bu ölkələr, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onilliklərlə davam edən münaqişədən sonra sülh şəraitində yaşamağı öyrənirlər.
Qeyd olunub ki, bu addım sülh və normallaşma istiqamətində davam edən səylərə uyğun olaraq iki ölkə arasında dialoqun və etimad quruculuğunun inkişafına töhfə verə bilər. Parlamentlərin də iki xalq arasında etimadın qurulması istiqamətində çalışdığını söyləyən Sahibə Qafarova deyib ki, Aralıq Dənizi Parlament Assambleyası konstruktiv əməkdaşlıq üçün daha bir mühüm platformaya çevrilə bilər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - YENİLƏNİB
-
Martin Çunqonq "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Ayxan Hacızadə: Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik
-
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi













