Evləri plana düşən 8 ailə köçmək istəmir - 200 min manat verirlər
Far.Az xəbər saytı

Evləri plana düşən 8 ailə köçmək istəmir - 200 min manat verirlər


Bakının Nəsimi rayonu, Hənifə Ələsgərova və Süleyman Rüstəmov küçələrində yaşayan sakinlər ciddi problemlə üzləşib.

Far.Az Real TV-ə istinadən xəbər verir ki, buna səbəb ətrafda gedən söküntünün yaratdığı narahatlıq, həm də onların evlərinin sökülməsi üçün təklif olunan məbləğin azlığıdır.

Vətəndaşın sözlərinə görə, təqribi 30 ildən artıqdır bu evdə qalır. 10 il olar ki evinin plana düşdüyünü eşidib.

Lakin indiyədək cəmi 14 ailə köçürülüb və sakinlər tam köçürülməmiş söküntü başlayıb.

Evlərini tərk etməyən sakinləri isə tikinti şirkətinin təklif etdiyi kompensasiya qane etmir.

"Bizə elə qiymətlər deyirdilər ki bu ərazilərdən ev almaq qeyri mümkündür", - deyə sakin vurğulayıb.

Tikinti şirkətin hüquqşunası Ramilə Bağırova deyib ki iddialar əsassızdır və sakinlərin hazırda yaşadıqları evlərin ölçüsü kiçikdir.

Daha ətraflı videoda:

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər