Ağ Ev: Tramp və Si Cinpin Çinin İranla bağlı mövqeyini müzakirə edəcəklər
Ağ Evin Milli İqtisadiyyat Şurasının direktoru Kevin Hasset bildirib ki, İranla danışıqlar tələsmədən aparılmalıdır.
"Report" ISNA-ya istinadən xəbər verir ki, o, ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin arasında görüşün də danışıqlara təsir edəcəyini bildirib.
K. Hassetin fikrincə, Çin İranla münasibətləri yenidən qiymətləndirə bilər: "Bu, Tramp və Si Cinpin arasında müzakirə mövzularından biri olacaq".
Qeyd edək ki, Çinin Xarici İşlər Nazirliyi (XİN) Pekinin İranla bağlı mövqeyinin dəyişməyəcəyini açıqlayıb. Çin XİN bunu ABŞ-nin ÇXR-ə aid üç şirkətə qarşı sanksiya tətbiq etməsini şərh edərkən bildirib.
Qeyd edək ki, Tramp mayın 13-də Çinə dövlət səfəri edəcək.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq













