Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
Far.Az xəbər saytı

Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır


Məşhur aktrisa Nəsrin Cavadzadənin baş rolda çəkildiyi "Daha 17" serialının yayım günü bəlli olub.

BAKU.WS xəbər verir ki, ekran işinin ilk bölümü tamaşaçılara ilk dəfə mayın 31-də təqdim ediləcək.

Kanal D-nin "Daha 17" serialı böyük maraqla gözlənilir.

Bodrumun möhtəşəm təbiətində çəkilən, "Pastel Film" imzalı serialın rejissoru Emre Kabakuşakdır.

Layihənin yayım tarixi ötən ay üçün planlaşdırılsa da hazırda önə çəkilib. Prodüserliyini Yaşar İrvül və Efe İrvülün etdiyi serial 31 mayda nümayiş olunacaq.

Ekran işi güclü aktyor heyəti ilə diqqət çəkir. Rollarda Nəsrinlə yanaşı, Çağan Efe Ak, Ceren Ayruk, Armağan Oğuz, Ata Yaşat, Dilara Aksüyek, Çağdaş Onur Öztürk, Helin Elveren, Melis Babadağ, Bülent Cankorur, Ezgi Dalgıç, Berra Ahsen Uslu, Batuhan Mora, Efe Musa, Ahmet Can Özer və Güneş Hayat da çəkiliblər.

Oxşar xəbərlər

Nəsrin Cavadzadənin yeni serialı bəlli oldu
Nəsrin Cavadzadənin bu qapalı geyimi müzakirələrə səbəb oldu
"Bahar" serialının FİNAL bölümü açıqlandı
Nəsrin Cavadzadənin evliliyi ilə bağlı detallar - 6 ay əvvəl...
Bred Pittin çəkildiyi filmin rejissoru: "Səhv etsəydi, divara çırpıla bilərdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər