Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib - YENİLƏNİB-2


Avstriyada keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.

"Report" xəbər verir ki, müsabiqədə 2 nömrə altında "Just Go" adlı mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi Cəmilə Həşimova müsabiqənin ikinci yarımfinal mərhələsində mübarizəni dayandırıb.

Qeyd edək ki, "Avroviziya-2026" müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində müəyyənləşib.

Azərbaycanı təmsil edən JIVA "Avroviziya-2026"nın ikinci yarımfinalında çıxış edib.

"Report" xəbər verir ki, təmsilçimiz 2 nömrə altında səhnəyə çıxıb.

Məlumat üçün bildirək ki, Azərbaycan təmsilçisi JIVA-nın müsabiqədəki mahnısı "Just Go" adlanır. Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.

Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib - YENİLƏNİB-2

Azərbaycanı təmsil edən JIVA bu gün "Avroviziya-2026"nın ikinci yarımfinalında çıxış edəcək.

Bu barədə "Report"a "İctimai" Televiziyadan məlumat verilib.

Qeyd olunub ki, təmsilçimiz 2 nömrə altında səhnəyə çıxacaq.

"Səsvermə bütün iştirakçıların çıxışından sonra başlayacaq. Tamaşaçılar canlı şounu televiziya və ya "YouTube" vasitəsilə izləyə, səsvermə açıldıqdan sonra isə öz ölkələrində göstərilən SMS nömrələri və ya mümkün olduğu hallarda www.esc.vote platforması üzərindən Azərbaycana dəstək verə bilərlər.

Posterdə qeyd olunan ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycanın dostları və JIVA-nın çıxışını bəyənən bütün Avroviziya izləyiciləri səsvermə zamanı 02 nömrəsinə səs verərək ölkəmizi dəstəkləyə bilərlər", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan təmsilçisi "Avroviziya-2026"nın ikinci yarımfinalında çıxış edib - YENİLƏNİB
İctimai Televiziya Azərbaycanın "Avroviziya"dakı təmsilçisi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər