Nazir: Dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir
Far.Az xəbər saytı

Nazir: Dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir


Təhsil müəssisələrində dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında deyib.

"Təhsil bir neçə pillədən ibarətdir və burada əsas məqsəd təhsilin burada özünü doğrulda bilməsidir. Valideynlər daim övladlarına dini təhsil səviyyəsi barədə nəzarət etməlidir. Çünki sinif otağında qapı bağlıdır və müəllim öz fənnini tədris edir. Amma biz bilmirik din adı altında uşaqlara nə aşılanır".

Nazir dini sahədə kadr hazırlığına xüsusi önəm verilməli olduğunu vurğulayıb.

E. Əmrullayev elmi tədqiqatlar mövzusunda da fikirlərini bölüşüb: "Son dövrdə elmi məqalələrin sayında artımı görürük və belə məqalələr daha geniş autoriyalara çatdırılmalıdır. Qarabağ Universitetində də bu sahədə ümumi tədqiqatların aparılması üçün lazım olan dəstəyi göstərməyə hazırıq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycandilli vikipediya seqmenti ətrafında manipulyasiya cəhdi - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər