Azərbaycandilli vikipediya seqmenti ətrafında manipulyasiya cəhdi - RƏY
Son günlər “Vikipediya”da azərbaycanlı şəhidlərlə bağlı məqalələr kütləvi surətdə silinir. Söhbət 3 minə yaxın məqalədən gedir.
Bunu “Report”a açıqlamasında texno-bloger Fərid Pərdəşünas deyib.
O bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsi, həmçinin Aprel döyüşləri şəhidləri ilə bağlı yazılanlar ard-arda silinir: “Azərbaycanlı inzibatçılar buna zəmin hazırlayırlar. Bu çərçivədə şəhidlərimizə həsr olunan məqalələrinn vikipediyadan silinməsinə hazırlıq görülürdü. Əsas kimi həmin məqalələrin ensiklopedik olmaması göstərilir. Uzun müddət bu hazırlığın qarşısı alındı. Sonradan isə buna qarşı çıxan inzibatçılar idarəetmədən uzaqlaşdırıldılar. Beləliklə, onlar üçün istədikləri şəxsin məqaləsini redaktə etmək, silmək üçün şərait yarandı”.
Ekspert bildirib ki, vətənə xəyanətdə ittiham olunan Bəhruz Səmədovun məqaləsini beş dildə yayımlayanlar indi azərbaycanlı şəhidlərin məqalələrinin silinməsi üçün ciddi səy göstərirlər: “Onlar müxtəlif adlar altında gizlənməli deyillər. Belələrinə misal olaraq Cəlal Cavadovu, Ayxan Zayıdzadəni göstərmək olar. Hər kəs onları tanımalıdır. Mən də bunun üçün mübarizə aparıram”.
F.Pərdəşünasın sözlərinə görə, məqalələrin silinməsi təkcə azərbaycandilli vikipediya ilə kifayətlənmir: “Hətta türk dilində olan məqalələrin silinməsi üçün də cəhd edilir, bu məsələ səsverməyə qoyulur. Onların özlərinə bəraət qazandırması faktı dəyişmir. Bu şəxslər azərbaycandilli “Vikipediya”nın əllərində olması üçün uzun müddət çalışıblar. İndi də azərbaycandilli vikipediya seqmentini istədikləri kimi manipulyasiya edirlər. Bu, yolverilməzdir”.
Qeyd edək ki, son günlər “Vikipediya”da Azərbaycan şəhidlərinin məqalələri silinir. “Vikipediya”sı silinənlər arasında haqqında bir neçə film olan yüksək rütbəli hərbçilər də var. Həmçinin Xocalı qurbanları barədə məqalələrin silinməsinə də cəhd edilir.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan dəstə
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir














