"Haber Global" İlham Əliyevin Türküstandakı çıxışına diqqət çəkdi
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak və çıxış edib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında yayımlanan reportajda bildirilib.
"Türküstan işğaldan azad edildikdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə qardaşlaşan ilk şəhər olub. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır", - deyə süjetdə Azərbaycan liderinin çıxışından sitat verilib.
Reportajda qeyd olunur ki, İlham Əliyev zirvə görüşünün mövzusunun dövrün çağırışlarını və prioritetlərini əks etdirdiyini vurğulayıb:
"Dünya rəqəmsal inkişaf və süni intellekt sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesin ön sıralarında olmalıdır.
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlıq genişlənir və mövcud qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Zəngəzur dəhlizi Orta Dəhlizin əsas komponentlərindən birinə çevriləcək.
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan Türk Dövlətləri Təşkilatının gücləndirilməsində səylərini əsirgəməyəcək".
Oxşar xəbərlər
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













