Məşhur həkimə VƏZİFƏ VERİLDİ
Far.Az xəbər saytı

Məşhur həkimə VƏZİFƏ VERİLDİ


Məşhur kardioloq Afiyəddin İsgəndərova yeni vəzifə verilib.

BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, Afiyəddin İsgəndərov Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Müalicə işlər üzrə direktor müavini - Baş həkimi təyin edilib.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev bir müddət əvvəl müvafiq əmr imzalayıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında kardioloq Afiyəddin İsgəndərov öz xahişi ilə "Bilgəh" kardioloji sanatoriyasının direktoru vəzifəsindən ayrılmışdı. Hazırda "Bilgəh" kardioloji sanatoriyasının direktoru vəzifəsini Ləman Məlikova icra edir.

Məşhur həkimə VƏZİFƏ VERİLDİ

Oxşar xəbərlər

Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı – Journal of Heart Disease and Therapy – 3-cü nömrəsini təqdim edilib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan alimləri Pekində keçirilən beynəlxalq kardiologiya konqresində çıxış etdilər
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər