Bartoş Qrodetski: ABŞ Texasdan Polşaya süvari dəstələri yerləşdirir
ABŞ Birinci Süvari Diviziyasının dəstələrini Texasdan Polşaya yerləşdirir.
"Far.Az" Polşanın Milli Təhlükəsizlik Bürosunun (BBN) direktoru Bartoş Qrodetskiyə istinadən xəbər verir ki, söhbət xaricdə bölmələrin yerləşdirilməsi çərçivəsində Amerika qüvvələrinin davam edən rotasiyasının bir hissəsindən gedir.
Onun sözlərinə görə, planlaşdırılan şəxsi heyətin 20 %-dən çoxu və hərbi texnikanın təxminən 70 %-i artıq Polşaya yerləşdirilib ki, bu da döyüş hazırlığı səviyyəsinə təsir göstərir.
Daha əvvəl "The Wall Street Journal" ABŞ-nin Polşaya zirehli briqada yerləşdirməsini dayandırmaq qərarı barədə məlumat verib. Bu arada, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış dəyişikliklərin ABŞ-nin ölkədəki mövcudluğunun azaldılması ilə əlaqəli olmadığını və Avropada planlaşdırılan qoşun rotasiyasının bir hissəsi olduğunu bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













