Anaklaudia Rossbax: "Mənzil böhranının həlli üçün özəl sektor və hökumətlər birləşməlidir"
Far.Az xəbər saytı

Anaklaudia Rossbax: "Mənzil böhranının həlli üçün özəl sektor və hökumətlər birləşməlidir"


Mənzil böhranının həlli üçün özəl sektor və hökumətlər birləşməlidir.

"Far.Az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda dünya ciddi mənzil böhranı ilə üz-üzədir və bu problemin aradan qaldırılması üçün bütün tərəflərin koordinasiyalı fəaliyyəti tələb olunur: "Forumun əsas məqsədi mənzil sahəsində mövcud problemlərin həlli üçün müxtəlif səviyyələrdə siyasət və praktiki mexanizmlərin hazırlanmasına töhfə verməkdir. Dünyanın müxtəlif ölkələrində insanlar qeyri-formal yaşayış məntəqələrində yaşayır, ev almağa və ya kirayə götürməyə maddi imkan tapmır, bəziləri isə küçələrdə yaşayır. WUF13 çərçivəsində bu problemlərin həlli istiqamətində konkret yanaşmaların formalaşdırılması gözlənilir".

A. Rossbax vurğulayıb ki, mənzil böhranının həlli yalnız hökumətlərin səyi ilə mümkün deyil: "Bizə özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və güclü milli siyasətlər lazımdır. Bu böhranın aradan qaldırılması üçün geniş əməkdaşlıq vacibdir".

Sonda o, forumun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər