Dmitro Naqornı: "Ukraynaya kiberhücumlar Qafqaz üçün də təhlükə siqnalıdır"
Ukraynaya kiberhücumlar Qafqaz üçün də təhlükə siqnalıdır.
"Report" xəbər verir ki, bunu Ukrayna Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidməti Administrasiyasının Kibertəhlükəsizlik Departamentinin baş mütəxəssisi Dmitro Naqornı Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı çərçivəsində panel müzakirələrdə (ICCD 2026) deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi həm də milli rəqəmsal dayanıqlılıq üçün ən böyük sınağa çevrilib: "Bu ölkənin Ukraynaya qarşı tətbiq etdiyi hibrid müharibə üsulları, o cümlədən enerji şəbəkələrinə, elektron kommunikasiya sistemlərinə və dövlət infrastrukturuna hücumları Avropanın, Qafqaz regionunun və bütövlükdə sivil dünyanın təhlükəsizliyi üçün birbaşa təhdid yaradır. Bu qlobal qarşıdurmada Ukraynanın təcrübəsi artıq sırf yerli hadisə çərçivəsini aşır. Həmin təcrübə demokratik dövlətin kritik infrastrukturunu necə qorumalı olduğunu, daimi hərbi və kiber təzyiq şəraitində həyati əhəmiyyətli xidmətlərin fasiləsiz göstərilməsini necə təmin etməli olduğunu nümayiş etdirərək yeni qlobal standart formalaşdırır".
Ukraynalı mütəxəssis deyib ki, 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalına qədər Ukrayna qanunvericiliyi dövlət informasiya ehtiyatlarının yalnız ölkə daxilində saxlanılmasını tələb edirdi: "Lakin raket zərbələri nəticəsində məlumat mərkəzlərinin fiziki məhv edilməsi təhlükəsi yarandıqdan sonra Ukrayna qanunvericiliyinə təcili dəyişikliklər edilib. Bu dəyişikliklər kritik reyestrlərin, bank məlumatlarının və dövlət sistemlərinin fiziki olaraq ölkə xaricində yerləşən bulud saxlama mühitlərinə köçürülməsinə imkan yaradıb. Beləliklə, məlumatların yalnız ölkə daxilində saxlanılması vahid uğursuzluq nöqtəsi yaradır. Fiziki məhv təhlükəsinin mövcud olduğu ərazilərdən kənarda yerləşən paylanmış bulud həlləri isə dövlət xidmətlərinin və qurumlarının fəaliyyətini davam etdirməsi, başqa sözlə, dövlətin rəqəmsal dayanıqlılığının qorunması üçün fundamental şərtə çevrilir".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













