Qvineya naziri: "Mənzil məsələsi hər bir vətəndaşın əsas hüququdur"
Far.Az xəbər saytı

Qvineya naziri: "Mənzil məsələsi hər bir vətəndaşın əsas hüququdur"


"Mənzil məsələsi hər bir vətəndaşın əsas hüququdur".

Far.Az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Qvineya Respublikasının şəhərsalma, mənzil və ərazi inkişafı naziri Romer Lamine Samadri bildirib.

Onun sözlərinə görə, dünyada mənzil təminatı" hər bir vətəndaşın harada yaşamasından asılı olmayaraq, layiqli və təhlükəsiz yaşayış şəraitinə çıxışının təmin olunması deməkdir.

Nazir vurğulayıb ki, mənzil siyasəti yalnız tikinti ilə məhdudlaşmamalı, həm də infrastrukturun inkişafını nəzərə almalı, Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun şəkildə həyata keçirilməli və eyni zamanda ətraf mühitin qorunmasına xidmət etməlidir.

Samadri Azərbaycanı inkişaf məqsədlərini həyata keçirən və eyni zamanda beynəlxalq öhdəliklərə sadiq qalan ölkə kimi qiymətləndirib, xüsusilə ötən ay Nayrobidə keçirilən Afrika forumunda qəbul edilən öhdəliklərlə uyğunluğa diqqət çəkib.

"Forumun əsas məqsədi iqlim dəyişikliyi fonunda sosial mənzil siyasəti ilə ətraf mühitin qorunması arasında dayanıqlılığı və əməkdaşlığı gücləndirməkdir"- deyə Romer Lamine Samadri qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər