DTX rəsmisi: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb
Far.Az xəbər saytı

DTX rəsmisi: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb


Azərbaycanın informasiya resurslarına son dövrlərdə kiberhücumlar həyata keçirilib.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini Həsən Mansurov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.

Onun sözlərinə görə, kiber və texnoloji imkanlar geosiyasi təzyiq mexanizminə çevrilib:

"Bu hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real təhdidlər yarada biləcəyini göstərir. Ümumiyyətlə, dünya hələ misli görünməmiş kiberdəyişikliklərin başlanğıcındadır".

DTX rəsmisi qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən enerji, nəqliyyat və kommunikasiya əlaqələrində mühüm mövqeyə malikdir:

"Bu infrastrukturların kibertəhlükəsizliyi təkcə ölkəmizin milli maraqlarına deyil, həm də beynəlxalq enerji təchizatına, ticarətə və iqtisadi əlaqələrə təsir göstərə bilər".

Oxşar xəbərlər

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər