Çexiyalı nazir: "Şəhər problemlərinin həllində beynəlxalq əməkdaşlıq vacibdir"
Far.Az xəbər saytı

Çexiyalı nazir: "Şəhər problemlərinin həllində beynəlxalq əməkdaşlıq vacibdir"


Şəhərlərlə bağlı problemlərin həllində beynəlxalq əməkdaşlıq və yaxşı təcrübələrin mübadiləsi indiyə qədər olmadığı qədər vacibdir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Çexiyanın regional inkişaf naziri Zuzana Mrazova Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.

"UN-Habitat" və Azərbaycan hökumətinə bu mühüm tədbirin keçirilməsinə görə təşəkkür edim. İnanırıq ki, ortaq şəhər problemlərinin həllində və yeni şəhər gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsində beynəlxalq əməkdaşlıq və yaxşı təcrübələrin mübadiləsi indiyədək olmadığı qədər daha vacibdir", - nazir vurğulayıb.

Onun sözlərinə görə, Çexiya Yeni Şəhər Gündəliyinin qəbulundan bəri onun həyata keçirilməsinə tam sadiq qalıb və onu davamlı şəhər inkişafı üçün əsas qlobal çərçivə hesab edir: "Səylərimiz davamlı, inklüziv və dayanıqlı şəhərlərin qurulmasına yönəlib. Milli səviyyədə şəhər inkişafının sosial və institusional ölçülərinin gücləndirilməsinə, əsas xidmətlərə çıxışın yaxşılaşdırılmasına və mənzil əlçatanlığının təmin edilməsinə diqqət yetirmişik".

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər