Mexikonun meri: Bakı şəhərsalma mövzusunun müzakirəsi üçün strateji məkandır
Far.Az xəbər saytı

Mexikonun meri: Bakı şəhərsalma mövzusunun müzakirəsi üçün strateji məkandır


Xəzər dənizinin sahilində yerləşən Bakı şəhərsalma mövzusunun müzakirəsi üçün strateji məkandır.

"Far.Az" xəbər verir ki, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı deyib.

O, növbəti Şəhərsalma Forumunun 2028-ci ildə Meksikada keçiriləcəyini xatırladaraq qeyd edib ki, Mexiko şəhəri qədim tarixi irsə malikdir: "Bu mənada, insanlarımız məhz bu mövzu üçün faydalı fikir mənbəyidirlər".

Mer BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində 100-dən çox ölkədən gələn nümayəndələrin bəşəriyyətin gələcəyi üçün ən prinsipial bir mövzunu müzakirə etdiklərini vurğulayıb:

"Mesajımız odur ki, biz hərəkat yaradaq, bu hərəkatla yerli perspektivlərdən çıxış edək, böyük şəhərlər üçün praqmatik təcililik tələb edən məsələləri həll edək, eləcə də qlobal iqtisadiyyata təsir mexanizmini araşdıraq, layihələndirək. Bu gün dünyada sosial bərabərsizlik məsələsi ən aktual problemlərdən biridir. Bizim bu mövzuda mütləq və inqilabi dəyişikliyə ehtiyacımız var".

K.Bruqado bu dəyişiklik üçün dünyanın birlikdə mübarizə aparmalı olduğunu diqqətə çatdıraraq forum iştirakçılarına çağırış edib: "Gəlin, şəhərlərimizi körpələrin, uşaqların, qadınların, yaşlıların, ümumiyyətlə, hər kəsin ən xırda tələbatlarına cavab verən keyfiyyətdə inşa edək".

O, yekunda Azərbaycan hökumətinə yüksək səviyyəli təşkilatçılıq üçün təşəkkürünü də ifadə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər