Kanada rəsmisi: "Mənzil strategiyasına 115 milyard dollardan çox investisiya ayrılıb"
Kanada mənzil strategiyasına 115 milyard ABŞ dollarından çox investisiya ayırıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Kanadanın mənzil, infrastruktur və icmalar nazirinin müavini Janet Golding Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.
Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyi son 10 ildə Kanadanın şəhər və icmalara yanaşmasında mühüm dəyişikliklərə səbəb olub:
"Kanada daha insan mərkəzli, inteqrasiya olunmuş və inklüziv urban inkişaf modelinə keçid edib. 2017-ci ildə Kanada hökuməti insan hüquqları prinsiplərinə əsaslanan Milli Mənzil Strategiyasını işə salıb. Strategiya çərçivəsində 10 ildən artıq müddətdə mənzil sahəsinə 115 milyard ABŞ dollarından çox federal investisiya nəzərdə tutulub. Ölkədə şəhərlər və yerli icmalar milli siyasətin icrasında daha aktiv tərəfdaşa çevrilib. Bələdiyyələr və yerli icmalar evsizlik, mənzil çatışmazlığı və infrastruktur problemləri ilə bağlı yerli reallıqlara uyğun qərarlar qəbul etmək səlahiyyəti əldə edib".
J. Golding qeyd edib ki, Kanada növbəti 10 il üçün üç əsas prioritet müəyyənləşdirib: "Bunlar sürət və miqyasın artırılması, inklüzivlik və tərəfdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlılıq və ekoloji davamlılıqdır. Urbanizasiya siyasətində iqlim dəyişikliyinə uyğunlaşma, enerji səmərəliliyi və fəlakətlərə hazırlıq məsələləri əsas istiqamətlərdən biri olacaq. Dünya Şəhərsalma Forumu ölkələr arasında təcrübə mübadiləsi və ən yaxşı praktikanın paylaşılması üçün vacib platformadır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













