Fayziyev: WUF13 Özbəkistana genişmiqyaslı islahatları təqdim etməyə imkan verəcək
Azərbaycan təcrübə mübadiləsi və urbanizasiya sahəsində qlobal islahatların müzakirəsi üçün əlverişli platforma yaradıb.
Far.Az xəbər verir ki, bu barədə "Report"a Özbəkistanın Urbanizasiya və Mənzil Bazarı üzrə Milli Komitəsinin sədrinin birinci müavini Orifjon Fayziyev Bakıda WUF13 çərçivəsində bildirib.
O qeyd edib ki, WUF13-ün Azərbaycanda keçirilməsi Özbəkistana son 9 ildə ölkədə həyata keçirilən genişmiqyaslı islahatları təqdim etmək imkanı verir.
"İlk növbədə, WUF13-ün yüksək səviyyədə təşkilinə görə qardaş Azərbaycana təşəkkür etmək istərdim. Bu, Özbəkistan üçün son 9 ildə həyata keçirilən qlobal islahatları təqdim etmək üçün əla imkandır", - o qeyd edib.
Fayziyevin sözlərinə görə, Özbəkistanda urbanizasiya prosesi fəal şəkildə inkişaf edir və bu yaxınlarda urbanizasiya və mənzil tikintisi məsələləri üzrə yeni milli komitə yaradılıb.
"Bu komitənin üzərinə 2040-cı ilə qədər urbanizasiya səviyyəsinin 60 %-ə çatdırılmasını təmin etmək kimi çox böyük vəzifələr qoyulub", - o vurğulayıb.
Fayziyev əlavə edib ki, forum qarşıya qoyulan məqsədlərə çatmaq və şəhər siyasətinin gələcək inkişafı üçün Azərbaycanın və digər ölkələrin təcrübəsini öyrənmək imkanı verir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













