Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir"
"Rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir?"
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, həm milli kimlik, həm milli özünüdərk, həm də milli ideologiya təhsildə formalaşır:
"Bu gün rus bölməsində 157 min, Azərbaycan bölməsində 1 milyon 570 min şagird təhsil alır. Bir şagirdin dövlət büdcəsinə illik maliyyəti 2 000 manatdır. Azərbaycanda ingilis dilində dövlət hesabına təhsil verən orta məktəblər varmı? Demək olar ki, yoxdur. Çin dilində varmı? Yoxdur. Fransız dilində varmı? Yoxdur. Belə olan halda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır?İstər-istəməz sual yaranır ki, nə üçün? Bu barədə də düşünmək lazımdır. Bu, ümumi şagirdlərimizin 9.3%-ni təşkil edir!"
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər













