KOBİA rəsmisi: "Şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil"
Far.Az xəbər saytı

KOBİA rəsmisi: "Şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil"


Bu gün şəhərsalma təkcə binaların tikilməsindən ibarət deyil, həm də insanların yaşaması üçün rahat, səmərəli və davamlı məkanların yaradılması deməkdir.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda artıq yeni şəhərsalma layihələrində yaşıl və ağıllı yanaşmalar müşahidə olunur: "Məsələn, Ağalı kəndində enerjiyə qənaət edən sistemlər, ağıllı idarəetmə həlləri, rəqəmsal xidmətlər və müasir planlaşdırma yanaşmaları birlikdə tətbiq olunur. KOBİA olaraq inanırıq ki, dövlət qurumları, yerli bizneslər, investorlar və beynəlxalq tərəfdaşlar arasında daha güclü əməkdaşlıq daha davamlı şəhərlərin və daha güclü regional iqtisadiyyatların qurulması üçün çox vacibdir. Əgər biz daha yaşıl və daha balanslı şəhərsalma istəyiriksə, kiçik və orta biznes əvvəldən həll yolunun ayrılmaz və əvəzedilməz hissəsi olmalıdırlar, çünki onlar artıq hər sahədə təcrübədə çalışırlar".

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər