IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir
Mənzil böhranını həll etmək üçün 2030-cu ilə qədər hər gün 96 min ev təhvil verilməlidir.
"Far.Az" xəbər verir ki, bunu "IND" şirkətinin Landşaft Memarlığı departamentinin rəhbəri Karina Garnaga Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Biznes Assambleyasında bildirib.
Onun sözlərinə görə, bu məsələdə sürət olduqca mühüm amildir: "Ancaq, təkcə sürətlə irəliləməməliyik, eyni zamanda ərazi, ekoloji və sosial problemləri gələcəyə saxlamadan (gələcək üçün problem yaratmadan) irəliləməliyik. Tikinti sektorunda ən baha başa gələn səhvlər çox erkən mərhələlərdə – hələ tikinti başlamazdan əvvəl buraxılır".
Qonaq qeyd edib ki, buradakı ən vacib xətt "sürət keyfiyyətə qarşı" deyil, "tənzimləmə qeyri-müəyyənliyə qarşı" xəttidir: "Bu mürəkkəb tədbirlər hər hansı daha ağır tənzimləmə tələb etmir. Düşünürəm ki, onlar daha erkən tənzimləmə tələb edir. Beləliklə, mavi və yaşıl infrastrukturdan danışırıqsa, bu, torpaq sahələrə bölünməzdən əvvəl edilməlidir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
-
WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib













