Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı müğənni Cəmil Məmmədli olub.
Din mövzusundakı qəlibləşmiş yanaşmalardan söz açan Cəmil Məmmədli inancı formal çərçivələrdən uzaq, bütöv bir həyat tərzi kimi xarakterizə edib:
"Biz hər şeyi çərçivələrə salmağı sevirik, dini də sekta kimi qəbul edənlər var. Halbuki təmizliyi, dürüstlüyü ilə Allahın buyurduğu prinsiplərlə yaşayan bir yapon da, əslində, müsəlman həyatı sürür, sadəcə, şəhadət gətirməyib. Öz mənəvi yoluma gəldikdə isə 12-13 yaşlarımdan namaz qılmağa başlamışam. 18 yaşımda müəyyən şübhə və suallarla üzləşsəm də, bir çoxları kimi ibadəti dayandırmadım. Əksinə, yoluma davam edərək araşdırdım və bütün suallarıma cavab tapdım".
O, həmçinin mərhum atası ilə bağlı xatirələrindən bəhs edib:
"Atamla aramızda çox yaxın bir dostluq var idi. Lakin o, aradakı hörmət pərdəsini elə gözəl qorumuşdu ki, nə mən həddimi aşırdım, nə də o, uşaqlaşırdı. Professor idi və hər şeyin yerini bilirdi. Mənə siqaret və içkini qadağan etməmişdi, amma elə tərbiyə vermişdi ki, onlara həmişə mənasız bir şey kimi baxırdım".
Oxşar xəbərlər
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İllər əvvəl filmlərə çəkilən AZƏRBAYCANLI MÜĞƏNNİLƏR
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"At gücü" - Klassik avtomobillərin yürüşü və çövkən oyunu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur













