Gülşən Rzayeva: Azərbaycanda mənzil məsələsi şəhər inkişafının genişmiqyaslı proqramlarına daxil edilib
Far.Az xəbər saytı

Gülşən Rzayeva: Azərbaycanda mənzil məsələsi şəhər inkişafının genişmiqyaslı proqramlarına daxil edilib


Azərbaycanda mənzil məsələsi sosial siyasətin mərkəzində dayanır və genişmiqyaslı tikinti və şəhər inkişafı proqramlarının əsas elementidir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən panel sessiyasında bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur azad edildikdən sonra Azərbaycan özünün müasir tarixində ən böyük yenidənqurma, bərpa və əhalinin köçürülməsi proqramlarından birini həyata keçirir.

"Bu gün şəhərlərin bərpası, icmalara həyatın qaytarılması və mənzilin yalnız əsas ehtiyac kimi deyil, həm də əhalinin qayıdışı, sabitliyin və uzunmüddətli inkişafın təmin edilməsi üçün əsas amil kimi baxıldığı yeni yaşayış mühitinin yaradılması üzrə genişmiqyaslı işlər aparılır. Bu təcrübə bizim mənzil siyasətinin, xüsusən də şəhər transformasiyası və münaqişədən sonrakı yenidənqurma şəraitində, bərpa və planlaşdırma üzrə milli səylərin mərkəzində olmalı olduğuna dair əminliyimizi möhkəmləndirir", - o vurğulayıb.

G.Rzayeva, həmçinin mənzil sahəsinin iqtisadi inkişafla sıx qarşılıqlı əlaqəsini qeyd edib.

"Mənzil iş yerlərinin yaradılmasına, məhsuldarlığın artmasına və dayanıqlı iqtisadi artıma kömək edir. Məhz o, bir çox cəhətdən şəhərlərin fəaliyyətini, eləcə də imkanların necə formalaşmasını və bölüşdürülməsini müəyyən edir. Buna görə də mənzil sistemlərinin iqtisadiyyatın müxtəlif sektorlarını necə daha səmərəli əhatə edə biləcəyini, habelə maliyyələşdirmə və planlaşdırma sahəsində hansı yanaşmaların daha əlçatan və dayanıqlı həllər təmin edə biləcəyini nəzərdən keçirmək son dərəcə vacibdir", - o bildirib.

Onun sözlərinə görə, mənzil siyasəti eyni zamanda iqlim gündəliyi və dayanıqlı inkişafla birbaşa bağlıdır.

"Biz mənzil siyasəti, iqlim fəaliyyətləri və dayanıqlı inkişaf arasındakı sıx əlaqəni qəbul edirik - bu istiqamətlər faktiki olaraq birgə irəliləyir. Mənzilləri necə planlaşdırmağımız, tikməyimiz və idarə etməyimiz ətraf mühitə, şəhərlərimizin dayanıqlığına və sağlamlığına birbaşa təsir göstərir", - o əlavə edib.

O vurğulayıb ki, bu gün forum çərçivəsində başlayan müzakirələr məhz bu məsələlərə həsr olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər